Ana Sayfa > Karusel / Region > Əliyev-Paşinyan görüşü - Qriqoryan yeri açıqladı

Əliyev-Paşinyan görüşü - Qriqoryan yeri açıqladı


8-12-2022, 17:50. Yazar: Admin

Əliyev-Paşinyan görüşü - Qriqoryan yeri açıqladı

"Ermənistan bütün variantları müzakirə edir".

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyan-Əliyev görüşünün ilin sonuna qədər baş tutub-tutmayacağı sualına cavab verərkən deyib.

“Azərbaycan Prezidentinin Brüsseldəki görüşü ləğv etməsi barədə bəyanatından sonra müəyyən problemlər yaranıb. Ermənistan mümkün görüşü nəzərdən keçirməkdə davam edir, bu, Sankt-Peterburqda, Brüsseldə və ya başqa yerdə ola bilər”, - deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderlərinin görüşünün dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev görüşün baş tutmayacağını bildirib, çünki Ermənistan əvvəlki kimi Fransa prezidentinin də görüşdə olmasını təkid edir.(Yenisabah.az)


Geri dön