Ana Sayfa > Karusel / Dünya > Zaxarova Merkelin səhvini tutdu – Tribunalla hədələdi
Zaxarova Merkelin səhvini tutdu – Tribunalla hədələdi8-12-2022, 15:16. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Almaniyanın sabiq kansleri Angela Merkelin “Die Zeit” qəzetinə verdiyi müsahibəyə münasibət bildirib.
Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, XİN rəsmisi Merkelin müsahibə zamanı söylədiyi fikirlərdən tribunal çərçivəsində istifadə edilə biləcəyini deyib.
“Merkelin Minsk razılaşmalarının imzalanması barədə açıqlamalarını tribunalda istifadə etmək olar”, - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Angela Merkel “Die Zeit” qəzetinə müsahibəsi zamanı Minsk razılaşmalarının Ukraynaya hərbi baxımdan hazırlaşmaq üçün vaxt qazanmaq məqsədilə imzalandığını söyləmişdi.(Modern.az) Geri dön |