“Vaşinqton və Paris Minsk qrupunu dəfn edib”.
Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Qərbin destruktiv xətti Cenevrədə Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi ilə bağlı keçirilən müzakirələrdə də müşahidə olunur. Vaşinqton və Paris ATƏT-in Minsk qrupunu dəfn edib”, - deyə diplomat bildirib.