Ana Sayfa > Karusel / Cəmiyyət > Bəhram Bağırzadə ayağa qalxa bilir, ailə üzvləri ilə telefonla danışıb

Bəhram Bağırzadə ayağa qalxa bilir, ailə üzvləri ilə telefonla danışıb


18-07-2020, 13:17. Yazar: Admin

Bəhram Bağırzadə ayağa qalxa bilir, ailə üzvləri ilə telefonla danışıb

“Bəhram Bağırzadənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir, stabildir”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, xəstə bir neçə gündür spontan tənəffüsdədir.

“Bu gündən başlayaraq traxeostomanın müvəqqəti qapadılması və tənəffüsün fizioloji yolla, yəni burundan və ağızdan alınması yoxlanılacaq. Bir neçə dəfə yoxlamalar apardıqdan sonra traxeostomanı da çıxartmaq mümkün olacaq. Xəstədə müşahidə edilən neopatiya əlamətləri xeyli geriləyib. Onlara qarşı müvafiq fizioterapevtik müalicə aparılır. Xəstə aktivdir. Oturur, hətta ayağa qalxır. Bu gün səhər artıq ailə üzvləri ilə də telefonla danışıb”, - deyə həkim vurğulayıb.

 


Geri dön