Ana Sayfa > Karusel / Manşet > Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketini təqdim edib
Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketini təqdim edib7-12-2022, 22:22. Yazar: Admin |
Avropa Komissiyası Rusiyaya qarşı növbəti, 9-cu sanksiyalar paketini təqdim edib. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib. Sanksiya siyahısında 200 fiziki və hüquqi şəxsin, o cümlədən 3 bank, 4 televiziya, müdafiə sənayesi müəssisələri yer alır. Sanksiyaya görə Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı da qadağan edilir. Lyayen bildirib ki, sanksiya paketinə daha 4 Rusiya kanalının Avropada yayımının dayandırılması, həmçinin Federasiyanın dağ-mədən sənayesinə sərmayələrin tam qadağan edilməsi daxildir. Geri dön |