Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Manşet > Türkiyədə partiya sədri BIÇAQLANDI
Türkiyədə partiya sədri BIÇAQLANDI7-12-2022, 22:04. Yazar: Admin |
Türkiyənin Yenilik Partiyasının sədri Öztürk Yılmaz naməlum şəxs tərəfindən bıçaqlanıb. Qarabaginfo.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə partiyanın Çankayada yerləşən qərargahında baş verib. Hücum nəticəsində partiya sədri ayağından yaralanıb. O, sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılaraq müalicəyə cəlb olunub. Yılmazın səhhətinin yaxşı olduğu, həyatı üçün təhlükə olmadığı bildirilib. Türkiyə polisi hücum edən şəxsin saxlanıldığını açıqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır. Geri dön |