Ana Sayfa > Karusel > Rəşad Məcid deputat Erkin Qədirliyə çağırış etdi
Rəşad Məcid deputat Erkin Qədirliyə çağırış etdi7-12-2022, 17:37. Yazar: Admin |
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisin deputatı Erkin Qədirliyə müraciət edib. “Sizin xüsusilə ən fərqli mövzular, o cümlədən, hüquqi məsələlərlə bağlı “Feysbuk” sosial şəbəkəsindəki şəxsi profiliniz vasitətlsilə etdiyiniz maarifləndirici paylaşımlarınız daim ciddi maraq doğurub, əksəriyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Cəmiyyətin informasiya ilə təmin olunmasında, ictimai rəyin formalaşdırıılmasında sərhədsiz imkanlara malik sosial şəbəkələrin müstəsna rol oynadığı, eyni zamanda, öz məkrli niyyətlərini təbliğ və təşviq etmək məqsədilə bu sonsuz imkanlardan bəhrələnməyə çalışan müxtəlif qrupların və güc mərkəzlərinin hər gün daha da fəallaşdığı indiki dövrdə Sizin və Sizin kimi savadlı, təcrübəli, müasir düşüncəli insanların sosial şəbəkələrdə fəallığına, öz fikir və mülahizələri ilə maarifçilik fəaliyyətinə ciddi ehtiyac var”, - deyə Mətbuat Şurasının sədri bildirib. “Sizin və sizin kimi düşüncə adamlarının hansısa qaragüruhçunun haqsız və məkrli münasibətindən incik düşüb sosial şəbəkəni tərk etməsi əslində, səviyyəli və intellektual insanların bu meydanda olmasını arzulamayan həmin girəvəçil qrup və şəbəkələrin öz çirkin niyyətlərini daha rahat şəkildə həyata keçirmələrinə münbit şərait yaradır, onlara qol-qanad verir. Məhz bu baxımdan Mətbuat Şurasının sədri kimi mən Sizin yenidən sosial şəbəkələrə qayıtmağınızı və öz “Feysbuk” profilinizi bərpa etməyinizi arzulayardım. Hesab edirəm ki, bu təkcə mənim yox, eləcə də Sizin çoxsaylı izləyicilərinizin ürəyincə olardı. Ona görə də inanıram ki, bizim bu istəyimizə diqqətlə yanaşacaq və təklifimizi müsbət qiymətləndirəcəksiniz”. Geri dön |