Ana Sayfa > Karusel > Şəmkirdə ər arvadını ÖLDÜRDÜ

Şəmkirdə ər arvadını ÖLDÜRDÜ


7-12-2022, 16:34. Yazar: Admin

Şəmkirdə ər arvadını ÖLDÜRDÜ

 

Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

 

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.


Geri dön