Ana Sayfa > Karusel > Pediatrdan uşaqlara peyvənd XƏBƏRDARLIĞI
Pediatrdan uşaqlara peyvənd XƏBƏRDARLIĞI7-12-2022, 16:24. Yazar: Admin |
“Yalnız ana südü ilə uşağı xəstəliklərdən qoruya bilmərik”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.
Onun sözlərinə görə, körpənin ilk peyvəndi ana südü hesab olunur: “Ana südü də uşağı infeksiyalardan qoruyur. Lakin bu, o demək deyil ki, ana südü qəbul edən uşaq peyvəndlənməməlidir. Yanlış fikirdir. Ana südü uşağı xəstəliklərdən qorumur”.
N.Bayramova qeyd edib ki, peyvənd olunmayan uşaqlar gələcəkdə çox ağır fəsadlarla üzləşə bilərlər:
“Bu gün peyvəndlənmə sayəsində 6 milyona yaxın uşaq ölümünün, 7 milyondan çox uşağın isə şikəst olmasının qarşısı alınıb. Peyvənd ən əhəmiyyətli vasitədir. Peyvənd olunmayanların çox ağır xəstəliklərlə üz-üzə qalma ehtimalları çoxdur”. Geri dön |