Ana Sayfa > Karusel > Çavuşoğlu: Moldova, Rumıniya və Bolqarıstan qaz tələbatının ödənilməsi üçün Azərbaycanla işləyir
Çavuşoğlu: Moldova, Rumıniya və Bolqarıstan qaz tələbatının ödənilməsi üçün Azərbaycanla işləyir7-12-2022, 16:10. Yazar: Admin |
Moldova, Rumıniya və Bolqarıstan təbii qaza olan tələbatlarının ödənilməsi üçün Azərbaycanla işləyir. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu moldovalı həmkarı Niku Popesku ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Çavuşoğlu bildirib ki, Ukraynadakı müharibə ilə əlaqədar enerji və qida təhlükəsizliyi qlobal ictimaiyyətin gündəm məsələləridir. “Bizim enerji sahəsində də əməkdaşlıq etməyimiz lazımdır. Rumıniya, Moldova, Bolqarıstan kimi ölkələrin təbii qaza tələbatı var. Azərbaycanla birlikdə bu tələbatın qarşılanması istiqamətində işlərimiz davam edir”, Çavuşoğlu qeyd edib. Geri dön |