Ana Sayfa > Karusel > “Milli dövlətçilik ənənələrinin bərpası”

“Milli dövlətçilik ənənələrinin bərpası”


7-12-2022, 14:46. Yazar: Admin

 

Hər bir xalqın dövlətçilik ənənənlərinin  təkamül etməsi, inkişafı və formalaşması  uzunmüddətli tarixə əsaslanır. Yüz illiklər və min illiklər keçdikcə dövlətçilik ənənəsi təkamülə uğradı, inkişaf etdi və formalaşdı. Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan bir ölkədir. Azərbaycan ərazisində yaranan ilk dövlətin tarixi eramızdan əvvəlki tarixə təsadüf edir. Milli dövlətçiliyimizin bərpası tarixi haqqında danışarkən  müasir dövrə yaxın olduğu üçün daha çox AXC dövrü və ən əsası Ulu Öndər Heydər Əliyevin hakimiyyət dövrü barəsində  danışsaq daha yaxşı olar. Bildiyimiz kimi1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi” qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Lakin RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraqsuveren Azərbaycan Respublikasının ərazisini işğal etdi vəmüstəqilliyini elan etdikdən 23 ay sonra AXC süquta uğradı. Lakin bu əzm və mübarizə xalqın dövlətçilik ənənələrini daha da möhkəmləndirdi və nəticədə 18 oktyabr 1991-ci il tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”Konstitusiya Aktı qəbul edildi. Konstitusiya aktının 2-ci maddəsində qeyd edilirdi: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.

Müstəqillik aktının qəbul edilməsindən sonra ölkədə baş verən hərc-mərclik,  siyasi çəkişmələr, vətəndaş müharibəsinə yol açan proseslər yenicə əldə edilmiş müstəqilliyimizə sarsıdıcı zərbə vurmaq üzrə idi. Nəticədə tarixi, əzəli və doğma torpaqlarımız müəyyən hissəsi faşist erməni ordusu tərəfindən işğal edildi, iqtisadiyyatımızda çöküşlük yarandı və xalq arasında vətəndaş müharibəsi qızışmağa başladı. Həmin çətin dövrdə xalqın istəkli təkidi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev tərəfindən xilaskarlıq missiyası yerinə yetirilərək dövlətçilik ənənələrimiz qorundu, inkişaf edildi və yaşadıldı. Ulu Öndər ilk öncə daxildə baş verən qiyamı yatırdı və vətəndaş müharibəsinə son qoydu.  Ulu Öndərin 15 iyun 1993-cü il tarixdə yenidən  hakimiyyətə gələrək  dövlətçilik ənənələrimizi qoruması tarixin səhifələrinə “Milli Qurtuluş Günü” kimi həkk olundu. 1993-cü ilin oktyabr ayında ölkə Prezidenti seçilən Ulu Öndər Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, iqtisadiyyatını inkişaf etdirdi, ictimai-siyasi sabitlik və əmin-amanlığa nail ola bildi.Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki,“Ən güclü dövlət, iqtisadiyyatı güclü olan dövlətdir”.  Bu fikir uzaqgörümlü və düşünülmüş fikirdir və əsassız deyilməyib. Məhz Ulu Öndər Azərbaycanı iqtisadiyyatı güclü olan dövlətə çevirmək istəyirdi ki, buna da nail oldu.1993- 2003-cü illər Ulu Öndər siyasi kursu dövründə müstəqiliyyimizin, azadlığımızın qorunması, inkişafı və dövlətçilik ənənələrinin yaşadılması isitqamətində müəyyən addımlar atıldı ki, bu gündə o atılmış addımlar Ulu Öndər siyasi kursununun  layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Ulu Öndər siyasi kursu dövründə 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və müstəqliyyimiz qorundu,faşist erməni dövləti ilə “Bişkek Protokolu” imzalanaraqatəşkəsə nail olundu, həmçinin, həmin ildə  neft hasilatı ilə əlaqədar olaraq “Əsrin müqaviləsi”-ni imzalayaraq iqtisadiyyatımızın inişafı üçün təkan verildi,1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərlərini özündə əks etdirən Konstitusiya qəbul edildi,1995- ilin noyabr ayında çoxpartiyalılıq əsasında ilk demokratik Parlament seçkiləri keçirildi, Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycanda ölüm cəzası ləğv olundu, “Bələdiyyə seçkiləri haqqında” qanun və bir sıra digər qanunlar qəbul edildi,15 may 2001-ci il tarixdə Elmlər Akademiyasına  “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verildi, 09-10 noyabr 2001-ci il tarixdə Dünya Azərbaycanlılarının BakıdaI qurultayı keçirildi və s.  müxtəlif sahələrdə məntiqi və düşünülmüş  digər işlər görülmüşdür. Müasir, demokratik və müstəqil  Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin  düşmən tapdağında olan tarixi torpaqlarımızın azad edilməsi vəsiyyətini 2020-ci ilin 44 günlük Vətən müharibsindəPrezident cənab İlham Əliyev tam uğurla yerinə yetirdi,  tarixi torpaqlarımızı düşmən işğalından azad edərək Azərbaycanın suverenliyini, müstəqilliyini və azadlığını daha da möhkəmləndirdi. 8 noyabr 2020-ci il tarixdə Pezident cənab İlham Əliyevin Şuşa şəhərinin düşmən tapdağı altından azad edilməsi müjdəsini xalqa çatdırarkən çıxışının I Fəxri Xiyabanda etməsi təsadüfi hal deyildi. Ölkə Prezidenti I Fəxri Xiyabandakı çıxışında  qeyd edirdi: ”“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm.Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

Zaqatala bölgəsi üzrə şöbənin məsləhətçisi: Vüqar Məmmədov


Geri dön