Ana Sayfa > Karusel > “İran İslam dövləti deyil, İmam Hüseynə aidiyyəti yoxdur”
“İran İslam dövləti deyil, İmam Hüseynə aidiyyəti yoxdur”7-12-2022, 12:42. Yazar: Admin |
“Terroru maliyyələşdirən ölkələr hansılardır? Rusiya, ABŞ və Fransa. İndiyə qədər Ermənistanı Rusiya silahlandırıb, terrorizmi maliyyələşdirib. ABŞ-da hər il ora xeyli miqdarda pul köçürür. Özü də bunu rəsmi elan edirlər”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı Aqil Abbas bildirib. O qeyd edib ki, sadəlövh olmaq lazım deyil: “İranın adını çəkirik. İran namərddir, nakişidir bu, İranın öz işidir. ABŞ hər il 50-60 min erməniyə 10-15 milyon dollar pul ayırır. Nə edirlər o pullarla? Yandırıb qızınmırlar ki? Silah-sursat alırlar. Digər tərəfdən Rusiya silah-sursat verir. Bütün hadisələr, bunlar sülhməramlıların gözü qarşısında olur. Mən onların adını sülhənməramlı qoymuşam. Bəzən biz kimin nə etdiyini, adlar çəkməyə çəkinirik. Rusiya, Fransa, ABŞ-da indi də İran. İran İslam dövləti deyil, yeziddirlər. Onların şiəliyə, İmam Hüseynə aidiyyəti yoxdur. Onu bilirik, amma digər ölkələrin adını da çəkin”. Geri dön |