Ana Sayfa > Karusel / Sosial > Lənkəranda və Samuxda iyulun 20-dən sərtləşdirilmiş karantin olmayacaq

Lənkəranda və Samuxda iyulun 20-dən sərtləşdirilmiş karantin olmayacaq


17-07-2020, 20:53. Yazar: Admin

 

Lənkəranda və Samuxda iyulun 20-dən sərtləşdirilmiş karantin olmayacaq

 

İyulun 20-dən Lənkəranda və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

 

 


Geri dön