Ana Sayfa > Karusel / Region > Ərdoğan Azərbaycan-Türkiyə hərbi təlimlərinin məqsədini açıqlayıb

Ərdoğan Azərbaycan-Türkiyə hərbi təlimlərinin məqsədini açıqlayıb


6-12-2022, 17:10. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

 

Azərbaycanda birgə hərbi təlimlər keçirirdik. Bunun məqsədi istənilməyən, amma yaşanan sıxıntıları birlikdə aradan qaldırmaqdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, bu hərbi təlimlər bölgədə fərqli prosesləri canlandırır və Azərbaycan-Türkiyə qardaşlığını “Bir millət, iki dövlət” fəlsəfəsi ilə eyniləşdirir.

“Dostlarımızı artıracağıq, düşmənlərimiz yerini biləcək. Bizə yönəlmiş təhlükələr gördükdə, heç kimin gözləmədiyi qələbələri əldə etmək qabiliyyətimiz var”, Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, oxşar addımlar bundan sonra da atılacaq.


Geri dön