Ana Sayfa > Karusel / Manşet > Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını alanlara maneə yaradanlar cərimələnəcək
Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını alanlara maneə yaradanlar cərimələnəcək5-12-2022, 18:51. Yazar: Admin |
“Hədəfli maliyyə sanksiyaları haqqında” qanunla müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsi ilə əlaqədar hər bir fiziki şəxs və ya quruma görə yeni cərimələr müəyyənləşir. Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, auditor xidməti göstərən şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunu ilə müəyyən edilmiş monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi və ya məlumat və sənədlərin saxlanmasına dair tələblərə riayət olunmamasına, yaxud maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə monitorinqi orqanının verdiyi yazılı göstərişlərin vaxtında və ya tam icra edilməməsinə, həmçinin nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə ediləcək. “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsi ilə əlaqədar hər bir fiziki şəxs və ya quruma görə isə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə ediləcək. Geri dön |