Ana Sayfa > Karusel / Manşet > Avropa Komissiyasının rəhbəri: Aİ və ABŞ arasında yeni ticarət müharibəsi ola bilər

Avropa Komissiyasının rəhbəri: Aİ və ABŞ arasında yeni ticarət müharibəsi ola bilər


4-12-2022, 19:47. Yazar: Admin

Avropa Komissiyasının rəhbəri: Aİ və ABŞ arasında yeni ticarət müharibəsi ola bilər

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı və ABŞ arasında yeni ticarət müharibəsi ola biləcəyi barədə xəbərdarlıq edib.

Qarabaginfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ-ın qəbul etdiyi inflyasiyanın azaldılmasına dair qanundur.

 

Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı bu qanuna adekvat və balanslaşdırılmış şəkildə cavab verəcək: “Yeni ticarət müharibəsinin başlaması nə ABŞ-ın, nə də Avropanın maraqlarına uyğun deyil. ABŞ-ın bu qanunu haqsız rəqabətə, bazarların bağlanmasına və kritik vacib logistika zəncirinin pozulmasına gətirib çıxara bilər. Xüsusən bu qanun Avropada alternativ enerjinin inkişafı üçün vacib olan nadir faydalı qazıntılara ABŞ-da investisiya qoyulmasını və tədarükünü gecikdirə bilər. Ona görə də ABŞ-ı Avropanın narahatlığını nəzərə almağa və daha sıx koordinasiyaya çığırırıq”.

Avropa Komissiyasının rəhbəri hesab edir ki, Avropa İttifaqı ölkələri iqtisadiyyatın subsidiyalaşdırılması üçün fond yaratmalı və hökumətlərin şirkətlərə dəstək verməsi üçün çox sərt Avropa normalarını əhəmiyyətli dərəcədə sadələşdirməlidirlər.


Geri dön