Ana Sayfa > Karusel / Manşet > Daha bir terrorçu türk ordusuna təslim oldu
Daha bir terrorçu türk ordusuna təslim oldu4-12-2022, 15:57. Yazar: Admin |
Separatçı terror təşkilatı PKK-dan qaçan terrorçu təslim olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, aparılan razılaşdırma cəhdləri nəticəsində terror təşkilatı PKK-dan qaçan bir üzvü təhlükəsizlik qüvvələrinə təslim olub. Onun 1995-ci ildə terror təşkilatına qoşularaq İraq və Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib. Qeyd edək ki, 2022-ci ildə təhrik yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 117 olub. Geri dön |