Ana Sayfa > Karusel / Gündəm > Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb
Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb3-12-2022, 14:40. Yazar: Admin |
BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb. Qarabaqinfo.az-nın xəbərinə görə müraciətdə deyilir: “Bu il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü əlçatan və ədalətli dünyanın qurulmasında innovasiyaların roluna həsr olunub. Dünyamız əlilliyi olan insanlara qeyri-mütənasib şəkildə təsir edən böhranlar şəlaləsi ilə üzləşir.
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kimi kənarda qoymamaq üçün dəyişikliyə aparan həllərə ehtiyacımız var. Bu, əlilliyi olan insanlar üçün və onlarla birlikdə strategiyaların işlənib hazırlanması məqsədilə dövlət və ictimai sektorlar arasında daha geniş əməkdaşlığı tələb edir. Bu əməkdaşlığın təməl daşı bütün müxtəlifliyi ilə əlilliyi olan şəxslərin fəal iştirakı və onların qərarların qəbulu ilə bağlı hər prosesə daxil edilməsi olmalıdır. Onlar məlumat, təhsil və ömür boyu öyrənmə imkanlarına çıxışı genişləndirə bilərlər. Bu vasitələr həmçinin əlilliyi olan şəxslərin bərabər əsaslarla əmək fəaliyyətində və bütövlükdə cəmiyyətdə iştirakı üçün yeni imkanlar aça bilərlər. Lakin texnologiyanın potensialından tam faydalanmaq üçün biz rəqəmsal uçurumu aradan qaldırmalı və rəqəmsal məkanda insan hüquqlarını qorumalıyıq. Baş qərargahda və çalışdığımız bütün ölkələrdə rəqəmsal əlçatanlığı qiymətləndirir, maneələri aradan qaldırır və təşviq edirik, əlilliyi olan şəxslərin inklüziyası ilə bağlı nümunə göstəririk. Gəlin belə bir gündə və hər gün hamıya əlçatan və ədalətli dünya qurmaq üçün innovativ həllər tapmaq yolunda birlikdə çalışaq”. APA Geri dön |