
Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Sosial > COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb
COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb3-12-2022, 11:54. Yazar: Admin |
![]() Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. Qarabaqinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək. Əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.APa Geri dön |