Ana Sayfa > Karusel > Ayın 7-dək hava yağıntılı olacaq - PROQNOZ

Ayın 7-dək hava yağıntılı olacaq - PROQNOZ


2-12-2022, 17:53. Yazar: Admin

 

Ayın 7-dək hava yağıntılı olacaq - PROQNOZ

 

Bu gün hava şəraitində müəyyən sabitləşmə qeydə alınır. Lakin çox soyuq antisiklon Xəzər dənizinin şimalına yaxınlaşır. 

 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

 

“Soyuq hava kütlələri respublikanın daha çox şimal və şərq rayonlarını əhatə edəcək. Dekabrın 3-dən yenidən yağıntılı dövr başlayacaq və dekabrın 7-nə kimi yağıntılar davam edəcək. Ən soyuq hava şəraiti dekabrın 4-dən 6-dək müşahidə olunacaq”,- deyə qurum rəsmisi bildirib.


Geri dön