Ana Sayfa > Karusel > Kosovanın tanınmasına əsla icazə verilməyəcək - Serb lider
Kosovanın tanınmasına əsla icazə verilməyəcək - Serb lider2-12-2022, 15:47. Yazar: Admin |
Bosniya və Herseqovinanın federal vahidlərindən biri olan Serb Respublikasının başçısı Milorad Dodik Kosovanın tanınması məsələsinə toxunub. Qarabaginfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dodik bu barədə yerli mətbuata müsahibəsində önəmli mesajlar səsləndirib. O, Kosovanın tanınmasına icazə verməyəcəklərini bəyan edib. “Serb Respublikası serblərin yaşadığı bölgədir. Eynilə Kosova kimi. Sonra bəziləri gəldilər və Serbiyanın qəlbi ilə oynadılar, albanları oraya yerləşdirdilər. Saxta dövlət müstəqilliyini elan etdi, amma Bosniya və Herseqovinanın daxil olduğu bir çox ölkə bunu qəbul etmədi. Serb Respublikası mövcud olduğu müddətcə, ölkənin bu qərarı dəyişməyəcək. Buna imkan verməyəcəyəm. Kosovanın tanınmasına əsla icazə verilməyəcək”, - deyə Dodik bildirib. Qeyd edək ki, Serbiya silahlı qüvvələri tərəfindən müsəlman alban əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Kosovada müstəqil dövlət elan edilib. Türkiyə, ABŞ və bəzi digər ölkələr tərəfindən tanınan Kosova qismən tanınan dövlətlərdən biri olsa da, BMT-nin üzvü deyil. Azərbaycan Kosovanı Serbiyanın tərkib hissəsi kimi qəbul edir. Geri dön |