Ana Sayfa > Karusel > Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə GÖRÜŞDÜ

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə GÖRÜŞDÜ


2-12-2022, 15:05. Yazar: Admin

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə GÖRÜŞDÜ

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

 

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, ATƏT çərçivəsində mövcud problemlər, habelə regionda baş verən ən son proseslər müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, danışıqlar prosesi və iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə hal-hazırkı vəziyyət, ərazilərin minalardan təmizlənməsi kimi məsələlər barədə tərəf müqabilini məlumatlandırıb.

 

Ermənistan tərəfinin danışıqlar prosesinə törətdiyi maneələr, öhdəlikləri kobud şəkildə pozması, eləcə də törətdiyi mina təxribatları diqqətə çatdırılıb. Mina təhdidinin aradan qaldırılması və bir sıra digər istiqamətlərdə ATƏT tərəfindən layihələrə dəstək verilməsinin zəruriliyi vurğulanıb.

 

Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.


Geri dön