Ana Sayfa > Karusel > Kreml Ərdoğan-Əsəd görüşünə yardım etməyə hazır olduğunu təsdiqləyib 

Kreml Ərdoğan-Əsəd görüşünə yardım etməyə hazır olduğunu təsdiqləyib 


2-12-2022, 14:09. Yazar: Admin

 

Ərdoğan, Əsəd

 

Rusiyanın vasitəçiliyi ilə Türkiyə və Suriya prezidentlərinin danışıqlarının mümkünlük potensialı var.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan-Bəşər Əsəd danışıqları sabitliyin təminatı baxımından uyğundur və Rusiya Federasiyası buna yardım etməyə hazırdır.

Peskov onu da bildirib ki, hələlik Ərdoğan və Əsəd arasında Rusiyanın vasitəçiliyi ilə mümkün görüşlə bağlı konkretlik yoxdur.


Geri dön