Ana Sayfa > Karusel / Region > Kreml sosioloji sorğular keçirilməsindən imtina edib, çünki lazımi nəticələr əldə edilmir...
Kreml sosioloji sorğular keçirilməsindən imtina edib, çünki lazımi nəticələr əldə edilmir...2-12-2022, 13:19. Yazar: Admin |
"Müharibədən kəskin narazılıq ölkədə elan edilən səfərbərliklə bağlı olub..."
"Rusiyalıların müharibəyə dəstəyi yüksək olaraq qalsa da, şəxsən iştirak etmək istəyənlər azdır..."
"Aparılan sorğular müharibə tərəfdarlarının 57 faizdən 25 faizə enməsini göstərib..."
"Dövlət və hökumətyönlü KİV-lərə müharibə mövzusunu qabartmamaq və "nikbin gündəliyə" köklənmək barədə göstəriş verilib..."
Rusiya hakimiyyəti əhali arasında Ukraynada müharibəyə münasibətlə bağlı açıq sosioloji sorğuların keçirilməsini məhdudlaşdıracaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlə yaxın olan mənbələrə istinadən "Meduza" nəşri yazıb.
Əvvəllər Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzi tərəfindən müntəzəm olaraq dərc edilən tədqiqatlar, əsasən, qapalı olacaq.
Buna səbəb rusiyalıların hərbi əməliyyatlara münasibətinin kəskin dəyişilməsidir. O cümlədən, noyabr ayında Federal Mühafuzə Xidməti tərəfindən keçirilən qapalı sorğu göstərib ki, respondentlərin cəmi 25 faizi müharibənin davam etməsini dəstəkləyir, hərçənd, iyul ayında belələri 57 faiz təşkil edib. Sülh danışıqlarına tərəfdar olanların sayı 32 faizdən 55 faizə yüksəlib.
"İndi çox şeyi müəyyənləşdirmək olar, bunu etməmək daha yaxşıdır", - bunu nəşrin həmsöhbətlərindən biri deyib. Başqa mənbə bəyan edib ki, "indi rusiyalıların müharibəyə münasibətinin dinamikasını bəyan etməmək", bununla da etiraz əhval-ruhiyyəni "qızışdırmamaq" və insanları bir daha qıcıqlandırmamaq daha yaxşıdır.
Sosioloqlar müharibədən kəskin narazılığı sentyabr ayında Rusiyada səfərbərlik elan edilməsilə izah edir. "Levada-Mərkəz" qeyri-dövlət tədqiqat təşkilatının direktoru Denis Volkov izah edib ki, Ukrayna ilə danışıqlara tərəfdar olan rusiyalıların sayı 21 sentyabrdan sonra sürətlə artmağa başlayıb.
"Bu, vətəndaşların hərbi əməliyyatlarda şəxsən iştirak etmək istəməməsidir. Onların müharibəyə dəstəyi yüksək olaraq qalmaqdadır, lakin bu müharibədə şəxsən iştirak etmək istəyənlərin sayı azdır", - o, deyib. Volkovun sözlərinə görə, insanlar lap əvvəldən müharibənin onlara toxunmayacağı qənaətində olub, lakin indi risklər artıb.
Sosioloq Qriqori Yudin "Meduza" ilə söhbətində həmçinin danışıqlar tərəfdarı olanların sayının artmasını səfərbərliklə əlaqələndirib. Yudinin fikrincə, müharibənin gedişindən narazılığı, ehtimalla, "apatiya" adlandırmaq olar, bununla yanaşı, o, müharibə əleyhinə etirazların mümkünlüyünü istisna etmir.
Kreml ictimai əhval-ruhiyyənin dəyişilməsinin kütləvi küçə yürüşlərinə gətirib çıxaracağına inanmır. Buna baxmayaraq, dövlət və hakimiyyətyönlü KİV-lərə hərbi mövzunu qabartmamaq və diqqəti "nikbin gündəliyə" cəmləşdirmək barədə göstəriş verilib.(Moderator.az)
Geri dön |