Ana Sayfa > Karusel > Göygöldə ağır qəza - Ölən və yaralananlar var

Göygöldə ağır qəza - Ölən və yaralananlar var


2-12-2022, 10:59. Yazar: Admin

Göygöldə ağır qəza - Ölən və yaralananlar var

 

Dekabrın 1-də saat 20 radələrində Göygöl şəhəri ərazisində Yeni Zod kənd sakini E.Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Rəsmi məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Bəsti Aslanova hadisə yerində ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Geri dön