Ana Sayfa > Karusel / Manşet > Borrell Polşada Ceyhun Bayramovla görüşüb, regional məsələlər müzakirə edilib
Borrell Polşada Ceyhun Bayramovla görüşüb, regional məsələlər müzakirə edilib1-12-2022, 22:21. Yazar: Admin |
Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Borrel Tvitter hesabında bildirib. “Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə etdim. Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın da əməkdaşlığına ümid edirik”. Geri dön |