Ana Sayfa > Karusel / Manşet > Ceyhun Bayramov: Ermənistan Azərbaycan ərazisində mina basdırmağa davam edir
Ceyhun Bayramov: Ermənistan Azərbaycan ərazisində mina basdırmağa davam edir1-12-2022, 21:59. Yazar: Admin |
Azad edilmiş ərazilərin Ermənistan tərəfindən geniş miqayasda basdırılmış minalarla çirkləndirilməsi yenidənqurma səylərinin, qaçqın və məcburi köçkünlərin qayıdışının qarşısında başlıca maneədir. Qarabaginfo.az xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib. “2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra 268 nəfər mina qurbanına çevirilib. 35-i mülki olmaqla 45 nəfər həlak olub. Ermənistanın Azərbaycana bütün azad edilmiş ərazilərin tam və dəqiq mina xəritələrini təqdim etməməsi yeni ölümlərə və yaralanmalara səbəb olur. Bütün mina insidentlərinin təxminən 55 faizi Ermənistanın mina sahələri ilə bağlı heç bir məlumatı paylaşmadığı ərazilərdə baş verir. Əksinə, Ermənistan Azərbaycan ərazisində minaların kortəbii şəkildə basdırılmasına davam edir. Bu yaxınlarda Azərbaycan ərazisində 350 mina aşkarlanıb. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal edilib. Ümumilikdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 2,7 mindən çox mina Azərbaycanın suveren ərazisində tapılıb. Bu minalar Laçın dəhlizi vasitəsilə nəql edilib. Bu sadəcə humanitar məqsədlər üçün nəzərdə tutulmuş dəhlizin açıq şəkildə istismarıdır” – deyə nazir bildirib. Geri dön |