Ana Sayfa > Karusel / Manşet > Tanınmış vəkil Zərdabın xüsusi notariusu təyin edilib

Tanınmış vəkil Zərdabın xüsusi notariusu təyin edilib


1-12-2022, 19:37. Yazar: Admin

Bəylər Məmişov

Tanınmış vəkil Bəylər Məmişov Ədliyyə Nazirliyinin Zərdab rayonu üzrə xüsusi notariusu təyin edilib.

Qarabaginfo.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

 

Təyinatla bağlı Bəylər Məmişovun vəkillik fəaliyyətinə xitam veriləcək.

Bəylər Məmişov məlumatı APA-ya təsdiq edib.

Qeyd edək ki, Bəylər Məmişov vəkillik fəaliyyəti dövründə ölkə gündəmində müzakirə olunan bir çox məhkəmə işlərində müdafiəçi kimi iştirak edib. O, son olaraq qətldə ittiham olunan sabiq məhkəmə hakimi Fəqan Əhmədovun hüquqlarını müdafiə edib.


Geri dön