Ana Sayfa > Karusel / Manşet > Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub - FOTO
Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub - FOTO1-12-2022, 18:28. Yazar: Admin |
Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Məlumata görə, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib. Geri dön |