"Moskva Kiyevdən danışıqlar tələb etməyib, lakin Ukrayna tərəfini dinləməyə hazırdır".

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiya ilə danışıqlara güc mövqeyindən başlaya bilməsini təmin etmək niyyətindədir.

Noyabrın əvvəlində “The Wall Street Journal” qəzeti Qərb siyasətçilərinin Kiyev və Moskva arasında sülh sazişinin mümkün şərtlərini müzakirə etdiklərini yazıb. Məqalədə həmçinin qeyd olunub ki, Avropa ölkələrinin başçıları “Rusiyaya qarşı müstəqil diplomatik səylər” kimi görünə biləcək istənilən hərəkətdən narahatdırlar.


"Bu həm gülüncdür, həm də xoşagəlməzdir, çünki insanlar yalan danışır,  danışırlar. Rusiya Ukraynadan belə bir şey istəməyib", – rusiyalı diplomat bildirib.