Ana Sayfa > Karusel > Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır
Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır1-12-2022, 14:05. Yazar: Admin |
Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib: “Azərbaycan tərəfi buna hazırdır". Lavrovun sözlərinə görə, Azərbaycan bunu müzakirə etməyə, Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə və buna dair zəmanət təqdim etməyə hazırdır. Geri dön |