Ana Sayfa > Karusel > Saakaşvili ölə bilər, çəkisi 78 kq-ya düşüb - Eks-prezidentin qardaşı
Saakaşvili ölə bilər, çəkisi 78 kq-ya düşüb - Eks-prezidentin qardaşı1-12-2022, 11:25. Yazar: Admin |
Tbilisi klinikasında olan keçmiş prezident Mixail Saakaşvilinin səhhəti son dərəcə ağırdır, o, yerindən tərpənə bilmir. "Vəziyyəti çox ağırdır və getdikcə pisləşir. Ya uzanır, ya da oturur, gəzə bilmir... Klinikaya köçürüləndə ora öz ayaqları ilə gedib, indi onun hərəkət etməsi çətinləşib... Həkimlər deyirlər ki, əgər hər şey belə davam etsə, sonu ölümcül bitə bilər”, - Saakaşvilinin qardaşı bildirib.
"Onun çəkisi 79 kiloqrama düşüb, Gürcüstana gələndə 118 kiloqram idi... Hakim "Gürcü arzusu" partiyasının üzvləri Saakaşviliyə klinikada baş çəksəydilər, onun vəziyyətinin nə qədər kritik olduğuna əmin olardılar", - Saakaşvilinin qardaşı bildirib. Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinci halda Saakaşvili 3 il, ikincidə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Geri dön |