Ana Sayfa > Karusel / Qarabağ > MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir

MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir


16-07-2020, 16:11. Yazar: Admin

MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab verib.

Qarabaginfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir: “Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.


Geri dön