Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasında aparılan yoxlamalar ciddi korrupsiya, mənimsəmə və vergidən yayınma hallarını üzə çıxarıb.
Muxtar Respublikada qeydə alınan bu cinayət faktları fonunda, bütün diqqətlər yenidən Talıbovlar ailəsinin üzərinə yönəlib. 30 ilə yaxındır Naxçıvanı “dəmir yumruğu” ilə idarə edən Vasif Talıbov və onun ailə üzvlərinin bu müddət ərzində böyük sərvətlər əldə etdikləri əvvəllər də sirr deyildi. Bununla belə, mənimsəmənin miqyası bu səviyyədə təsəvvür olunmurdu. İndi üzə çıxır ki, Talıbovlar ailə sərvətlərinin böyük bir hissəsini xarici banklara transfer ediblər, həmçinin dünyanın müxtəlif yerlərindən özlərinə sayısız-hesabsız mülklər alıblar.
1) Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr də var. Mənzilin qiyməti 550 min dollardır. Mənzilin bir müddət əvvəl satışa çıxarıldığı bildirilir.
2) Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.
3) “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.
4) “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.
5) 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.
6) Seymur Talıbovun “Marina Gatedə” 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.
7) Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.
8) Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.
"Unikal" OCCRP-yə istandla həmin mülklərin bir qismini təqdim edir: