Ana Sayfa > Karusel > FİFA Portuqaliyanın ilk qolu ilə bağlı açıqlama yaydı

FİFA Portuqaliyanın ilk qolu ilə bağlı açıqlama yaydı


29-11-2022, 16:30. Yazar: Admin

FİFA Portuqaliyanın ilk qolu ilə bağlı açıqlama yaydı

 

FİFA ötən gün Uruqvayla matçda Portuqaliyanın ilk qolunun müəllifi barədə açıqlama yayıb.

Qarabaginfo.az xəbər verir ki, ali futbol qurumu topu qapıdan keçirən futbolçunun Kriştianu Ronaldo olduğunu bildirib.

Açıqlama məlumatların topun üzərinə yerləşdirilən sensordan alındığı bildirilib: “Ronaldo ilk qol zamanı topa toxunuş etməyib. Bunun sübutu topun üzərində yerləşdirilən sensora həmin vaxt kənar müdaxilənin olmamasıdır. 500Hz İMU sistemi sayəsində biz bunu dəqiqləşdirmişik”.

Qeyd edək ki, ilk dəfə DÇ-də topların içərisinə yerləşdirilmiş sensorlardan istifadə edilir. Bu həm ofsayd qərarlarını, həm də kənardan görünməyən toxunuşları müəyyən etmək üçündür.


Geri dön