Ana Sayfa > Karusel > “Hər şey çox tez baş verəcək, Azərbaycan Ordusu...” - Ermənilər təşvişdə

“Hər şey çox tez baş verəcək, Azərbaycan Ordusu...” - Ermənilər təşvişdə


29-11-2022, 13:47. Yazar: Admin

“Hər şey çox tez baş verəcək, Azərbaycan Ordusu...” - Ermənilər təşvişdə

 


“Hər şey öz axarı ilə gedirdi. Hadisələr İrəvanda Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı KTMT sammitində Ermənistan Baş naziri Nikol Paşinyanın yekun sənədlərə qol çəkməkdən imtina etməsindən sonra dəyişdi. Kreml bu dəfə İrəvanı cəzalandırmaq qərarına gəlib. Hər şey Ermənistanın tam olaraq dövlətçiliyinin bitməsi ilə başa çata bilər”. 

Qarabaginfo.az xəbər verir ki, bu fikirlərlə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan çıxış edib.

“Yaxın zamanlarda Azərbaycan Ordusu Üçtərəfli bəyannamənin bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək. Buna artıq Kreml də göz yumacaq, KTMT də. Çünki KTMT-nin köməyindən İrəvan özü imtina etdi. Özü özünün qəbrinin ağzını açdı. Hər şey çox tez baş verəcək. İrəvan özünə gələnə qədər Azərbaycan Ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”, - deyə o qeyd edib.\Axar.az 


Geri dön