Ana Sayfa > Karusel > Naxçıvan rəhbərliyi dəyişilməlidir - Sərdar Cəlaloğlu
Naxçıvan rəhbərliyi dəyişilməlidir - Sərdar Cəlaloğlu29-11-2022, 11:07. Yazar: Admin |
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda keçirdiyi əməliyyatlar ölkə ictimiayyətinin diqqətini Muxtar Respublikaya yönəldib. Yüz milyonlarla büdcə vəsaitini mənimsəyən korrupsioner məmurların həbs olunması ictimaiyyətdə belə bir qənaət yaradıb ki, Naxçıvan MR-də "məmur ovu" hələ davam edəcək. “Mərhum dövlət başçısı Heydər Əliyev və Prezident İlham Əliyev Naxçıvana gedəndə oradakı hakimiyyət üzvləri özlərini yaxşı göstəriblər. Dövlət rəhbərləri Naxçıvandan çıxan kimi isə onlar yenə də öz əməllərinə davam ediblər.
“İndiyə kimi orada dövlətin milyardlarla pulu mənimsənilib. Neçə-neçə insan həyatı məhv olub. Həqiqətən də, Naxçıvanda çox ağır sosial-iqtisadi durum hökm sürür. Ancaq nə Azərbaycan Maliyyə Nazirliyi, nə də Gömrük Komitəsi bu məsələyə fikir verib. Niyə bu əməliyyatlar kimsə milyardlar oğurlayandan sonra keçirilməlidir?”. S.Cəlaloğlu Naxçıvan əhalisinin sosial durumundan şikayətlənib: “Hazırda Naxçıvanda əhalinin yaşayış tərzi Azərbaycandan çox aşağıdır. Təsəvvür edin, bir qoyun kəsilir, ancaq kənddə heç kim onu ala bilmir. Camaata Türkiyə və İrandan bir kiloqram ərzaq alıb gətirməyə icazə verilmir. İnsanları Türkiyəyə gedəndə özü ilə nəsə aparmağa məcbur edirlər. Orada da göyərtidən başqa heç nə yoxdur. Adamlar bazara gedir, yarım ton göyərti alır və Türkiyəyə gedir. Orada da göyərtini heç kim almır. Həmin göyərtiləri yola tökürlər. Naxçıvan hökuməti bunu Muxtar Respublikanın ixcracatı kimi təqdim edir. Belə oyunlar oynayırlar. İnsanlar Türkiyəyə və başqa ölkələrə işləməyə üz tuturlar. Hüquq-mühafizə orqanları biabırçılıqlara yol verir. Həbs etdikləri şəxsi öldürürlər. Sonra arvadını təcavüzlə qorxudurlar. Deyirlər ki, denən xəstəlikdən ölüb”. Partiya sədri vurğulayıb ki, Naxçıvan rəhbərliyi nəhayət dəyişilməlidir: “Məsələn Azərbaycan Milli Elmlər Akademiyasına rəhbər olsun deyə, kim İsa Həbibbəylini təklif edib? Axı bu adamın ailə üzvləri korrupsiyaya bulaşıblar. Naxçıvanda ümumiyyətlə tayfa hakimiyyətinə son qoyulmalıdır. Necə ola bilir ki, bir ailədə qardaşlardan biri DTX-da, biri DİN-də, biri biznesdə olur? Orada başqa ailələr yoxdur? Niyə digər şəxslər Naxçıvanda hakimiyyətdə olanlar kimi varlana bilmir? 10 milyon dollarlıq villaları var, Türkiyədə hələ nələri var... Çox təəssüf ki, hələ də hadisələrin nə yerdə olduğu ilə bağlı Naxçıvan camaatının tam təsəvvürü yoxdur". Geri dön |