Ana Sayfa > Karusel / Gündəm > Rasim Məmmədov: "185 milyon böyük puldur, insana çəkisinə uyğun ittiham verərlər
Rasim Məmmədov: "185 milyon böyük puldur, insana çəkisinə uyğun ittiham verərlər28-11-2022, 14:50. Yazar: Admin |
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkillər- Pərviz Məmmədov və Zibeydə Sadıqova məhkəmə istintaqının yenilənməsini, iş materiallarında olan iki flaşkarta, Rasim Məmmədovun qeyd dəftərçəsinə və gömrük sənədlərinə baxış keçirilməsini istəyiblər. Məhkəmə müdafiə çıxışına hazırlaşmaq üçün vəkillərə dekabrın 5-ə kimi vaxt verib. Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.APA Geri dön |