Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Medal 2023-cü ilin yanvar–may aylarında təsis olunacaq.
Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.