Ana Sayfa > Karusel / Manşet > Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb

Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb


26-11-2022, 23:30. Yazar: Admin

Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.

Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır. (apa.az)


Geri dön