Ana Sayfa > Karusel / Manşet > Göyçayda yol qəzasına düşən baş redaktor vəfat edib

Göyçayda yol qəzasına düşən baş redaktor vəfat edib


26-11-2022, 18:54. Yazar: Admin

Göyçayda yol qəzasına düşən baş redaktor vəfat edib

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

Qarabaginfo.az-ın əldə etdiyi xəbərə görə, "Göyçay" qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.


Geri dön