Ana Sayfa > Karusel / Region > Kreml divarlarının mühafizəsi gücləndirildi...- Səbəb?..-FOTOLAR
Kreml divarlarının mühafizəsi gücləndirildi...- Səbəb?..-FOTOLAR26-11-2022, 11:30. Yazar: Admin |
![]() Moskva Kremlinin divarlarından birində naməlum şəxs “Müharibəyə yox” şüarı yazıb. Ondan sonra Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı yaxınlığında silahlı təhlükəsizlik qüvvələri peyda olub və Kreml divarlarını diqqətlə izləyir.
![]() Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" telegram-kanalı müvafiq fotoları dərc edərək məlumat yayıb.
Kremlin divarındakı qraffiti dərhal silindi. Hazırda "hadisə"nin baş verdiyi yerin yaxınlığında avtomat və tapançalarla silahlanmış üç əlavə polis patrulu gecə-gündüz növbə çəkir. Onlarla polis əməkdaşından başqa, Federal Təhlükəsizlik Xidmətinin daha bir neçə əməkdaşı da Kreml divarlarını izləyir.
![]() Dərc edilmiş fotoşəkillərdə Kreml divarları fonunda təhlükəsizlik qüvvələrinin siluetləri əks olunub. Yollarda nəqliyyatın azlığına və işıqlandırmanın zəifliyinə görə, onlar postda gecə saatlarında çəkiliblər.(Moderator.az)
Geri dön |