Ana Sayfa > Karusel / Manşet > Azərbaycanın Niderlanddakı səfiri Ermənistanın hərbi cinayətləri barədə danışıb

Azərbaycanın Niderlanddakı səfiri Ermənistanın hərbi cinayətləri barədə danışıb


26-11-2022, 00:25. Yazar: Admin

Azərbaycanın Niderlanddakı səfiri Ermənistanın hərbi cinayətləri barədə danışıb

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev ölkənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə diplomat Tvitterdə bildirib.

 

"Niderland Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri cənab Rudmer Heerema və onun əməkdaşları ilə çox konstruktiv görüşümüz oldu. Ona münaqişədən sonrakı vəziyyət, Azərbaycanın mövqeyi, Ermənistanın törətdiyi hərbi cinayətlər barədə məlumat verdim. Niderland parlamentariləri ilə daha çox dialoqa ehtiyac var. Anlayışınız üçün təşəkkür edirik" – deyə azərbaycanlı diplomat qeyd edib.


Geri dön