Ana Sayfa > Karusel / Manşet > DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib25-11-2022, 23:23. Yazar: Admin |
Qətərdə keçirilən DÇ-2022-də A qrupunda II tura yekun vurulub. Qarabaginfo.az-ın məlumatına görə, ilk turu qələbə ilə başa vuran Niderlandla Ekvador üz-üzə gəlib.
Çempionatın 6-cı oyun gününün üçüncü matçında ilk 1/8 finalçı müəyyənləşə bilərdi. A qrupunun liderlərinin duelində qalib gələcək komandanın növbəti mərhələ şansı artacaqdı. Lakin bu hal yaşanmayıb. Hərəyə 1 qol vuran komandalar görüşdən 1 xalla ayrılıblar. Qeyd edək ki, A qrupunun digər görüşündə Seneqal Qətərə 3:1 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Qətərin mübarizəni qrup mərhələsində dayandıracağı dəqiqləşib. DÇ-2022, qrup mərhələsi Qollar: Kodi Qakpo, 6, Enner Valensiya, 49 Geri dön |