Ana Sayfa > Karusel > Zahid Oruc da bahalaşmadan gileyləndi
Zahid Oruc da bahalaşmadan gileyləndi25-11-2022, 12:22. Yazar: Admin |
“Minimum əmək haqqının 300 manat olduğu zamanda inflyasiyanın həddi istehlakın dəyərinin daha ədalətli olmasını tələb edir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Çıxışı zamanı qiymət artımından söz açan komitə sədri bildirib ki, bahalaşmanın qarşısını almaq üçün ciddi addımlar atılmalıdır.
"2019-cu ildə 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ildə 300 manatlıq minimum maaşdan daha yüksəkdir. Yəni, siz ötən ilin noyabrında 100 manata aldığınız ərzağı indi 115 manata deyil, 125 manata alırsınız. O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb. Əgər dəyişikliklər aparılsa, əhalinin sosial təminatı yaxşılaşar. 2022-ci ildə yarım kiloqramlıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırılıb. Belə bahalaşmanın qarşısını alaq üçün işlər görülməlidir”, - Zahid Oruc vurğulayıb. Geri dön |