Ana Sayfa > Karusel > Neymar üçün DÇ-2022 bitdi? - Foto

Neymar üçün DÇ-2022 bitdi? - Foto


25-11-2022, 11:34. Yazar: Admin

Neymar üçün DÇ-2022 bitdi?

Braziliya millisinin həkimi Rodriqo Lasmar komandanın lideri Neymarın durumu ilə bağlı danışıb. 

Qarabaginfo.az xəbər verir ki, o, futbolçunun vəziyyətinə müayinələrdən sonra aydınlıq gələcəyini bildirib: “Neymarın sağ topuğu burxulub. Futbolçunun ayağında şişlik var idi və dərhal ilkin tibbi yardım göstərdik. Onunla bağlı durum müayinə və fizioterapiyadan sonra aydınlaşacaq. Müalicəsi üçün 24-48 saat gözləməliyik”. 

Braziliya mətbuatı isə Neymar üçün mundialın bitdiyini yazır.

Qeyd edək ki, Braziliya millisinin ulduzu Neymar Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib. O, 80-ci dəqiqədə xəsarət alaraq meydanı tərk edib.

 

 


Geri dön