Ana Sayfa > Karusel / Yazar > Erməni diasporu İsraili hədəf alıb 

Erməni diasporu İsraili hədəf alıb 


25-11-2022, 11:01. Yazar: Admin
Erməni diasporu İsraili hədəf alıb 

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı erməni diasporunu ciddi narahat etməyə başlayıb. Xüsusilə də son zamanlar Azərbaycanla İsrailin yaxınlaşması, iki ölkə arasında münasibətlərin yeni müstəviyə qədəm qoyması Ermənistanda təşvişə səbəb olub. Bu səbəbdən erməni diaspor təşkilatları təxribatçı əməllərini davam etdirərək, bu dəfə İsrail diasporunu hədəfə alıb. 

 

Ermənilərin yəhudilərə və ümumilikdə İsrailə qarşı düşmən kəsilməsinin əsas səbəblərindən biri kimi bu ölkənin Azərbaycanın yanında olması, haqq işində ölkəmizi müdafiə etməsi göstərilir. Onlar İsraili Azərbaycana dəstək verməkdə günahlandırır və Bakı-Təv-Əviv dostluğunu pozmaq üçün bütün yollara əl atırlar. 

 

Əslində erməni diasporu yəhudiləri hədəfə almaqla nəyə nail olmaq istəyir?

 

Əvvəlcə onu bildirək ki, müsəlman ölkəsi olan Azərbaycan xristianlarla yanaşı, dünyanın ən güclü lobbisinə malik yəhudi icması ilə də dostluq münasibətlərini indiyədək qoruyub saxlayıb və hazırda bu əlaqələr yüksək səviyyədədir. Azərbaycan-İsrail dostluğunu qəbullana bilməyən Ermənistan müsəlman və yəhudilərin yaxınlaşmasını özünə böyük təhlükə kimi görür. Azərbaycanın 44 günlük Vətən müharibəsində İsraildən aldığı müasir silahlardan istifadə etməsi də erməniləri hiddətləndirən səbəblər sırasındadır. İsrail istehsalı silahlarla erməni işğalçılarının darmadağın edilməsi İrəvanda bağışlanmaz hesab olunur. Hansı ki, erməni rəhbərliyi bunun günahını özündə axtarmalı, İsrail kimi nüfuzlu dövlətlə əməkdaşlıqda maraqlı olmamasında görməlidir. Ermənistandan fərqli olaraq Azərbaycan dini və milli mənsubiyyətindən asılı olmayaraq, sivil ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə can atır.

 

Ermənistan isə nə edir? Təxribat, terror, işğalçılıq... Bu da demokratik ölkələrlə siyasi təmasların qurulmasına birbaşa əngəl törədir. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi hansısa ölkəni Azərbaycanla dost olmasına görə ittiham etməzdən əvvəl, yarıtmaz siyasətinə əl gəzdirsin və dünyadan niyə təcrid olmalarının səbəblərini araşdırsın.

 

Əlbəttə, bu başqa bir mövzudur. Söhbət İsrailin hədəfə alınmasından gedirsə, İrəvan bununla bağışlanmaz səhvlərə yol verir. Bundan əlavə, ermənilər onu da bilməlidirlər ki, indiki məqamda Azərbaycana heç kim havayı silah verməyib. Ölkəmiz ələtə etdiyi bütün silah-sursatları, hərbi texnikaları öz vəsaiti hesabına alıb. Ermənilər də İsraildən silah ala bilərdilər, amma onlar yalnız Rusiyanı seçdilər və digər ölkələrlə təmaslarda Moskvanın mövqeyindən çıxış etməklə, təcrid durumuna gətirib çıxardılar. Buna görə kimisə günahlandırmaq lazım deyil.

 

Eyni zamanda yaxın keçmişə nəzər salsaq görərik ki, Ermənistan Qarabağ münaqişəsinin ilk günlərində İsrail səfirini geri çağırıb və Təl-Əvivə etiraz notası verib. İki ölkə arasında diplomatik münasibətlər hələ 1992-ci ildə qurulsa da, Ermənistanın İsraildəki səfirliyi rəsmi olaraq 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb.

 

Onu da vurğulamaq yerinə düşər ki, İsrail siyasətinin sütunu sayılan yəhudi diasporunun Ermənistanla bağlı mövqeyi hərr kəsə bəllidir. Ermənistan yəhudi diasporunun olmadığı azsaylı ölkələrdən biridir. Azərbaycanda isə əksinə, yerli yəhudi icmasının mövqeləri kifayət qədər güclüdür və onlar yerli siyasi sistemlə uyğunlaşmağı bacarırlar. İsraildəki Azərbaycandan olan mühacirlərin, həm də Cənubi Qafqaz respublikasında tanınmış yəhudi xadimlərinin lobbi fəaliyyəti etibarlı münasibətlərin formalaşması üçün vacib faktordur.

 

Ermənilərə gəlincə, İrəvan bir neçə dəfə İsrailə yaxınlaşmağa cəhd etsə də, sonradan geri addım atıb. Məsələn, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan İsraildən kamikadze pilotsuz təyyarələrini almaq istəyini dilə gətirib, lakin sonradan baha başa gəldiyi üçün imtina edib. Həmin il İsrailin silah bazarı hər iki ölkə üçün açıq idi, ancaq bu şansdan yalnız Azərbaycan yararlana bildi, Ermənistan isə Rusiya silahlarına üstünlük verdi.  

 

Digər tərəfindən Ermənistan xarici siyasətində dəyişiklik edərək, Tehrana yaxınlaşmağa başlayıb ki, bu da İranın əzəli düşməni olan İsrailin xoşuna gələ bilməz. Bu azmış kimi İranın Qafanda konsulluq açması da yuhidi dünyasının ermənilərə nifrətini daha da artırıb. Belə bir şəraitdə Azərbaycan hakimiyyəti tamamilə düzgün siyasət yürüdərək, İsraildə səfirlik açmaq qərarına gəlib. Əlbəttə, Bakının bu addımı erməni diasporunun növbəti məğlubiyyəti kimi də qiymətləndirilə bilər. İki ölkə rəsmilərinin dediyi kimi, səfirliyin açılması qərarı Azərbaycan-İsrail təmaslarında yeni bir mərhələnin başlanğıcıdır. Bundan sonra dostluq və tərəfdaşlıq əlaqələrimiz daha da güclənəcək, yeni hədəflərə doğru birgə addımlayacağıq. Sözsüz ki, itirən yenə işğalçılığı həyat tərzi seçən Ermənistan və bu ölkənin diasporu olacaq. 

 

Danılmaz faktdır ki, erməni lobbisi yəhudi diasporunu hədəf alsa da, heç nə əldə edə bilməyəcək. Məyus olan, itirən tərəf Ermənistan olacaq.(modern.az)

 

Aysel Məhərrəmova


Geri dön