Ana Sayfa > Karusel / Manşet > BMT İrandakı zorakılıqları araşdıracaq müstəqil faktaraşdırıcı missiya təsis edib

BMT İrandakı zorakılıqları araşdıracaq müstəqil faktaraşdırıcı missiya təsis edib


25-11-2022, 00:59. Yazar: Admin

BMT İrandakı zorakılıqları araşdıracaq müstəqil faktaraşdırıcı missiya təsis edib

BMT-nin İnsan Haqları Şurası İranda hökumət əleyhinə aksiyaların dağıdılması zamanı yol verilmiş zorakılıq hallarını və repressiyaları araşdıracaq müstəqil faktaraşdırıcı missiyanın təsis edilməsinin lehinə səs verib.

Qarabaginfo.az xəbər verir ki, missiyanın yaradılması ilə bağlı səsvermədə 25 ölkə lehinə, 6-sı əleyhinə səs verib.

 

16 ölkə isə bitərəf qalıb.

ABŞ Dövlət katibi Entoni Blinken qərarı alqışladığını bəyan edib.

“Bu günkü sessiya İnsan Haqları Şurası üzvlüyünün İrandakı vəziyyətin ağırlığını tanıdığını göstərir. Bu gün təsis edilmiş faktaraşdırıcı missiya İran xalqına qarşı davam edən zorakılıqda iştirak edənlərin müəyyənləşdirilməsini və onların fəaliyyətinin sənədləşdirilməsini təmin edəcək”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, BMT-nin İnsan haqları üzrə ali komissarı Volker Turk İranda iğtişaşlar zamanı 40-ı uşaq olmaqla 300 nəfərin öldürüldüyünü, təxminən 14 min nəfərin həbs edildiyini açıqlayıb.

O, İran rəsmilərinə ölüm cəzalarına moratorium tətbiq etməyə dair çağırış edib.


Geri dön