Ana Sayfa > Karusel / Manşet > Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqa cəlb olunub

Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqa cəlb olunub


24-11-2022, 23:47. Yazar: Admin

Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqa cəlb olunub

Ermənistanda İkinci Qarabağ Müharibəsi zamanı bir qrup yüksək vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə məmur dindirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

İdarə konkret dindirilən şəxslərin adını açıqlamayıb.

Eyni zamanda bu cinayət işi çərçivəsində şahid statusunda olan baş nazir Nikol Paşinyan dindirilib.

44 günlük müharibədə həlak olan hərbçilərin yaxınları Ermənistan Baş Prokurorluğunun binası qarşısında dəfələrlə aksiyalar keçiriblər. Onlar işin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.


Geri dön