Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirib
Ana Sayfa > Karusel / Qarabağ > Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirib

Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirib


24-11-2022, 15:09. Yazar: Admin

Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirib - FOTO - YENİLƏNİB-2

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, MN-in təşkilatçılığı ilə keçirilən səfərdə nümayəndələrə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ətraflı məlumat verilib.


Geri dön